...

Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə orduda silsilə tədbirlər keçirilir (FOTO)

Siyasət Materials 8 May 2018 10:03 (UTC +04:00)
Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində silsilə tədbirlər keçirilir.
Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə orduda silsilə tədbirlər keçirilir (FOTO)

Bakı. Trend:

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edir. Hərbi hissələrdə Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər təqdim olunur, ictimai-siyasi hazırlıq dərslərində, tərbiyəvi iş saatlarında söhbətlər aparılır və digər mədəni-kütləvi tədbirlər keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti