Bakı. Trend:
Avropa İttifaqı (Aİ) - Azərbaycan tərəfdaşlığı haqqında yeni sazişə dair danışıqların növbəti mərhələsi gələn həftə Bakıda keçiriləcək.
Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
M.Məmməd-Quliyev bildirib: "Ötən il başlayan danışıqlar üç əsas istiqamətdə - siyasi və təhlükəsizlik məsələləri, ticarət və investisiya məsələləri və müxtəlif sektoral məsələlər üzrə uğurla davam edir"
Nazir müavininin sözlərinə görə, növbəti görüşdə siyasi məsələlər müzakirə olunacaq.
Danışıqların sonuncu mərhələsi may ayının əvvəlində baş tutub.