Bakı. Rufiq Hafizoğlu - Trend:
Bu gün 60 xarici ölkədə Türkiyə prezidenti və parlamenti seçkilərində səsvermə keçirilir.
Trend-in məlumatına görə, bunu bu gün Bakıda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral deyib.
Səfir bildirib ki, Bakı ilə yanaşı səsvermə Türkiyənin Naxçıvanda və Gəncədəki baş konsulluqlarında keçirilir: "Bakıda 5 minə yaxın, Naxçıvanda - 600-dan çox, Gəncədə isə 200-dən çox seçinin səs verəcəyi gözlənilir".
Özoral həmçinin bildirib ki, Azərbaycan ərazisində seçki məntəqələri Bakı vaxtı ilə 21:00-da bağlanacaq.
Qeyd edək ki, bu gün Azərbaycanla yanaşı İran, İraq, İrlandiya, İspaniya, Misir, Serbiya və Özbəkistanda yaşanan Türkiyə vərəndaşları səsvermədə iştirak edirlər.
Xatırladaq ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 10 siyasi partiya qatılacaq.