...

Millət vəkili: Prezident İlham Əliyevin Fransaya səfəri Azərbaycanın Aİ-yə daha sıx inteqrasiyasına da böyük fayda verəcək

Siyasət Materials 24 İyul 2018 10:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri Azərbaycanın dünyaya, eləcə də Avropa İttifaqına daha sıx inteqrasiyasına böyük fayda verəcək.
Millət vəkili: Prezident İlham Əliyevin Fransaya səfəri Azərbaycanın Aİ-yə daha sıx inteqrasiyasına da böyük fayda verəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri Azərbaycanın dünyaya, eləcə də Avropa İttifaqına daha sıx inteqrasiyasına böyük fayda verəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

Onun sözlərinə görə, Azərbaycan hər zaman dünyanın tanınmış və nüfuzlu dövlətlərindən olan Fransa ilə münasibətlərə xüsusi diqqət yetirib:

"Dövlətimizin başçısı İlham Əliyev də prezidentliyi dövründə daim bu ölkə ilə münasibətlərin inkişafına önəm verib və buna nail olub. Bəzən fikirlər səslənir ki, Fransa Ermənistanın dostudur, orada erməni diasporu güclüdür, ona görə də Fransa daha çox ermənipərəst mövqe ilə seçilir. Ancaq İlham Əliyev elə bir siyasət yürüdür ki, artıq Fransa neytrallaşmaq üzrədir. Heç bir dövlət öz maraqlarını qoyub başqa dövlətin maraqlarını təmin edən deyil. Bu mənada Azərbaycan buradan ikitərəfli fayda götürür".

Millət vəkili bildirib ki, Azərbaycan yeni texnologiyalar qazanır, özünün qeyri-neft sektorunun inkişafı ilə bağlı bu sahədə çox böyük təcrübəsi, yeni texnologiyası olan dövlətlərlə müqavilə bağlayır və beləliklə də həmin sahəni müasir tələblər səviyyəsində inkişaf etdirə bilir: "Fransa Azərbaycanla əməkdaşlıq etməklə özü üçün faydalar götürür. Fransa ilə əməkdaşlıq həm də bizim xeyrimizdədir. Prezident İlham Əliyev elə partnyorlarla işləyir ki, onlardan həm siyasi, həm iqtisadi fayda götürür, həm də müasir texnologiyaların ölkəmizə gətirilməsinə imkan yaradır".

B.Sadıqovun sözlərinə görə, Fransa artıq açıq-aşkar ermənipərəst mövqe tutmayacaq:

"Çünki Azərbaycanla Fransa arasında belə görüşlər keçirilir, belə yüksək əlaqələr qurulur. Hazırda iki ölkə arasında yüksək səviyyəli əlaqələri var".

Qeyd edək ki, Prezident İlham Əliyev 19-20 iyul tarixlərində Fransada səfərdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti