...

Binəli Yıldırım: Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrin daha da genişləndirilməsi vacibdir

Siyasət Materials 29 Avqust 2018 15:32 (UTC +04:00)
Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrin daha da genişləndirilməsi vacibdir.
Binəli Yıldırım: Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrin daha da genişləndirilməsi vacibdir

Bakı. Elçin Mehdiyev - Trend:

Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrin daha da genişləndirilməsi vacibdir.

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə deyib.

Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olduğunu vurğulayan B.Yıldırım bu səfər çərçivəsində ikitərəfli və regional əməkdaşlığın, parlamentlərarası əlaqələrin inkişafı üçün müzakirələrin aparılacağını bildirib.

O, arasındakı əlaqələrin mükəmməl səviyyədə olduğunu, bütün sahələrdə çox sıx və səmərəli əməkdaşlıq qurulduğunu qeyd edib.

Spiker dərin köklərə malik qardaşlıq və dostluq münasibətləri olan Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Öz növbəsində, O.Əsədov Azərbaycan-Türkiyə münasibətlərinin bütün istiqamətlərdə inkişaf etdiyini deyib. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, bu münasibətlərin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri böyük rol oynayır.

İqtisadi əlaqələrdən də danışan O.Əsədov qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi milyardlarla ölçülür. 2017-ci ildə ticarət dövriyyəsi 2 milyard 600 milyon dollar olub. Ticarət dövriyyəsinin həcmini artırmaq istiqamətində hər iki ölkə səylə çalışır.

Milli Məclisin sədri Türkiyə ilə Azərbaycanın həyata keçirdiyi birgə regional layihələrdən söz açaraq bildirib ki, bu layihələr ölkələrimizin rifah halının yaxşılaşdırılmasına böyük kömək edəcək.

Oqtay Əsədov parlamentlərimiz arasında da əlaqələrin davamlı olaraq genişləndiyini deyib. Qeyd edib ki, Milli Məclisin 59 deputatı Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti