...

Bəxtiyar Sadıqov: Azərbaycanla Xorvatiya arasında əməkdaşlıq normal məcrada inkişaf etməkdədir

Siyasət Materials 8 Sentyabr 2018 12:01 (UTC +04:00)
Azərbaycanla Xorvatiya arasında əməkdaşlıq normal məcrada inkişaf etməkdədir.
Bəxtiyar Sadıqov: Azərbaycanla Xorvatiya arasında əməkdaşlıq normal məcrada inkişaf etməkdədir

Bakı. Samir Əli - Trend:

Azərbaycanla Xorvatiya arasında əməkdaşlıq normal məcrada inkişaf etməkdədir.

Bunu Trend-ə Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfərini şərh edərkən millət vəkili Bəxtiyar Sadıqov deyib.

Millər vəkili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiya səfəri bu əməkdaşlığın sıxlaşmasına, yeni əməkdaşlıq müqavilələrinin imzalanmasına, iki ölkə arasında əməkdaşlığın şaxələnməsinə səbəb olacaq: "Azərbaycanın dünyaya inteqrasiya prosesi sürətlə davam edir. Ölkənin Avropa İttifaqı ilə, bu quruma daxil olan dövlətlərlə əlaqələrinin sayı artmaqdadır və bu əlaqələr daha da sıxlaşır. Bu ilin əvvəlindən indiyə qədər cənab prezident İlham Əliyevin səfərlərinə nəzər salsaq, görərik ki, əvvəlki illərlə müqayisədə bu səfərlər çərçivəsində daha çox əməkdaşlıq sənədləri imzalanıb. Cənab Prezidentin Xorvatiya səfəri də bu səfərlərdəndir. Xorvatiya Prezidenti də Azərbaycana səfər edib. Prezident İlham Əliyevin Xorvatiyaya səfəri həm Xorvatiyanın özü üçün faydalıdır, həm Azərbaycan Avropa ilə əlaqələrini genişləndirir. Azərbaycan qarşısına qoyduğu məsələlərə nail olur, iqtisadi cəhətdən sürətli inkişaf, dünyada nüfuzunun artması, öz tərəfdarlarının sayının artırılmasından səmərəli istifadə edir və həm də digər dövlətlərin inkişaf etməsinə şərait yaradır. Buna görə də əksər ölkələr Azərbaycanla əməkdaşlığa can atır, o cümlədən də Xorvatiya. Azərbaycan Prezidentinin yürütdüyü siyasət bütün sahələr üzrə ölkənin tanınmasına, söz sahibi olmasına, eyni zamanda müsbət imic qazanmasına, qazanılan imicin möhkəmlənməsinə təkan verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti