...

Prezident İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal uğrunda qarşılaşmaya baxıb (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 22 Sentyabr 2018 17:31 (UTC +04:00)
Sentyabrın 22-də Azərbaycan idmançısı Hidayət Heydərov Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanıb.
Prezident İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal uğrunda qarşılaşmaya baxıb (YENİLƏNİB) (FOTO)

Bakı. Trend:

Sentyabrın 22-də Azərbaycan idmançısı Hidayət Heydərov Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanıb.

73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov üçüncü yer uğrunda görüşdə Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçiriyə qalib gəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri qarşılaşmaya baxıblar.

Bu, Azərbaycan cüdoçularının Bakıda keçirilən dünya çempionatında qazandıqları ilk medaldır.

XXX

Sentyabrın 22-də cüdo üzrə Bakıda keçirilən dünya çempionatında Azərbaycan idmançısı Hidayət Heydərov bürünc medal uğrunda mübarizə aparacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri yarımfinal qarşılaşmasına baxıblar.

Yetmiş üç kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov yarımfinalda Yaponiya idmançısı, dünya çempionu Soiçi Haşimotoya məğlub olub. O, bürünc medal uğrunda Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirlə qarşılaşacaq.

Qeyd edək ki, 2013-cü və 2014-cü illərdə yeniyetmələr arasında Avropa çempionu olan Hidayət Heydərov 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən gənc cüdoçuların dünya çempionatında bürünc medal qazanıb. O, 2017-ci ildə "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub, həmçinin Avropa çempionu adını qazanaraq qitənin "Ən yaxşı gənc cüdoçu”su xüsusi mükafatına da layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti