...

Bahar Muradova: Dağlıq Qarabağ məsələsində adekvat danışıq tərəfi kimi normal siyasətçi ilə üz-üzə olmaq istəyirik

Siyasət Materials 3 Oktyabr 2018 13:36 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

"Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasının tələb olunacağı öncədən də bəlli idi. Paşinyanın Baş nazir seçilməsi prosesini yada salsaq, söyləmək lazımdır ki, nə bugünkü parlamentin, nə hökumət orqanlarının, nə də Ermənistanda hakimiyyətdə olan siyasi qüvvələrin marağında idi".

Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova qeyd edib ki, N.Paşinyanın baş nazir seçilməsi problemləri aradan qaldırmayıb, əksinə, daha da dərinləşdirib:

“Bu da özünü ölkə daxiilndə gedən proseslərdə qabarıq şəkildə göstərir. Siyasətdə səriştə, vərdiş, diplomatik gedişlərə malik olmaq siyasətçi üçün vacib məsələdir. Paşinyanın bu imkanları aşağı səviyyədədir. Odur ki, revanş almaq istəkləri olacaq. Ermənistanda narazı siyasi qüvvələr ölkədəki durumu gərginləşdirməklə əvvəlki imkanlarını geri qaytarmaq niyyətindədirlər, onlar bu mübarizədə imkanlarını Paşinyana qurban vermək niyyətində deyillər. Bu münasibətlər gərginləşməyə doğru gedəcək”.

Vitse-spiker əlavə edib ki, Azərbaycan Ermənistan tərəfdə Dağlıq Qarabağ probleminin həlli üçün adekvat təmsilçi görmək niyyətindədir: “Hansı siyasi qüvvənin hakimiyyətdə olması onların daxili işidir, amma kimin olmasından asılı olmayaraq Dağlıq Qarabağ məsələsində adekvat danışıq tərəfi kimi normal siyasətçi ilə üz-üzə olmaq istəyirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti