...

Riyad əl-Maliki: Fələstin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bölüşür

Siyasət Materials 5 Noyabr 2018 11:09 (UTC +04:00)
Fələstin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bölüşür.
Riyad əl-Maliki: Fələstin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bölüşür

Bakı. Elçin Mehdiyev – Trend:

Fələstin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bölüşür.

Bunun Trend-in sualını cavablandırarkən Fələstinin xarici işlər naziri Riyad əl-Maliki deyib.

Nazir bildirib ki, Fələstin beynəlxalq qanunlara əməl olunmasının tərəfdarıdır:

“Biz hesab edirik ki, beynəlxalq ictimaiyyətdən tam dəstək almağın ən yaxşı yolu beynəlxalq qanunlara əməl olunmasıdır və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsidir”.

1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti