Bakı. Trend:
ABŞ Dövlət Departamentinin və Xəzinədarlıq Departamentinin ekspertlər qrupu hökumət həmkarları və biznes liderləri ilə görüşmək üçün Bakı, Tbilisi və Yerevana səfər edibər.
ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu ziyarət ABŞ-ın İrana sanksiya siyasətini dünya hökumətlərinə izah etməyə və Birləşmiş Ştatların İrana dair məqsədlərinə dair suallara cavab vermək üçün planlaşdırılmış görüşlər silsiləsindən ən sonuncusu idi.
Bakıya səfəri zamanı nümayəndə heyəti Azərbaycan hökumət rəsmiləri və yerli işgüzar dairələrin nümayəndələri ilə görüşüb. Nümayəndə heyəti suallara cavab verib və ABŞ-ın İranın şiddətli və stabilliyi pozan davranışını hədəf alan və İran rejiminin davranışını maksimum iqtisadi və diplomatik təzyiqlər yolu ilə dəyişdirmək cəhdlərini vurğulayıb. Onlar həmçinin ABŞ və Azərbaycan arasındakı əməkdaşlıq sahələrini də müzakirə ediblər.
ABŞ hökumətinin sanksiyaları haqqında ətraflı məlumat və onların icrası ilə bağlı ümumi suallara cavabları ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərin İdarəetmə İdarəsinin çox verilən suallar bölümünə daxil olmaqla tapa bilərsiniz. https://www.treasury.gov/resource-center/faqs/Sanctions/Pages/faq_iran.aspx.