...

Azərbaycanla Bəhreyn arasında hərbi əməkdaşlıq müzakiə edilib

Siyasət Materials 27 Noyabr 2018 16:32 (UTC +04:00)
Zakir Həsənov Azərbaycanda işgüzar səfərdə olan Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.
Azərbaycanla Bəhreyn arasında hərbi əməkdaşlıq müzakiə edilib

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda işgüzar səfərdə olan Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə regional hərbi-siyasi vəziyyət, hərbi əməkdaşlığın perspektivləri və müdafiə sahəsində digər məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti