...

Milli Məclisin 2019-cu il yaz sessiyası üçün qanunvericilik işlər planı təsdiqləndi

Siyasət Materials 1 Fevral 2019 13:49 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il yaz sessiyasının qanunvericilik işlər planı təsdiqlənib.
Milli Məclisin 2019-cu il yaz sessiyası üçün qanunvericilik işlər planı təsdiqləndi

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il yaz sessiyasının qanunvericilik işlər planı təsdiqlənib.

Trend-in məlumatına görə, yaz sessiyasında bir neçə yeni qanun layihəsinə baxılması nəzərdə tutulur.

Bunlar “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadəsi qaydaları haqqında”, “Azərbaycan Respublikasının Dövlət Himninin istifadəsi qaydaları haqqında”, “Peşə birlikləri haqqında”, “Sosial sifarişlər haqqında”, “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Texniki təmizləmə haqqında”, “Standartlaşdırma haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Turizm haqqında”, “Ümumtəhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” və s. qanun layihələridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti