...

Çeyz Kerri: 2019-cu il mövsümündə "Formula 1" yarışında müəyyən dəyişikliklər olacaq

Siyasət Materials 5 Fevral 2019 10:50 (UTC +04:00)
2018-ci il mövsümünün yekunlarına əsasən Azərbaycan Qran Prisi "Formula 1" yarışları arasında ən çox şöhrət qazanıb, eyni zamanda Bakı möhtəşəm idman məkanıdır.
Çeyz Kerri: 2019-cu il mövsümündə "Formula 1" yarışında müəyyən dəyişikliklər olacaq

Bakı. Elçin Mehdiyev – Trend:

2018-ci il mövsümünün yekunlarına əsasən Azərbaycan Qran Prisi "Formula 1" yarışları arasında ən çox şöhrət qazanıb, eyni zamanda Bakı möhtəşəm idman məkanıdır. Trend-in məlumatına görə, bunu "Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri deyib.

Ç.Kerri bildirib ki, "Formula 1" Azərbaycanla əməkdaşlıqdan məmnundur və bu tərəfdaşlığa böyük önəm verir: “Qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Azərbaycanda keçirilən bu yarış "Formula 1" yarışları arasında öz yerini tutur”.

İcraçı direktor qeyd edib ki, 2019-cu il mövsümündə "Formula 1" yarışında müəyyən dəyişikliklər olacaq: “2019-cu ildə artıq siz yeni pilotlar görəcəksiniz, komandalarda, təşkilatçilarda dəyişikliklər olacaq. Bunların hamısı yarışın daha yüksək səviyyədə keçirilməsinə xidmət edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti