...

Azərbaycan Prezidenti: Biz bu zəlzələnin fəsadlarını da tezliklə aradan qaldıracağıq

Siyasət Materials 7 Fevral 2019 18:14 (UTC +04:00)
Biz bu zəlzələnin fəsadlarını da tezliklə aradan qaldıracağıq.
Azərbaycan Prezidenti: Biz bu zəlzələnin fəsadlarını da tezliklə aradan qaldıracağıq

Bakı. Trend:

Biz bu zəlzələnin fəsadlarını da tezliklə aradan qaldıracağıq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonunda sakinlərlə görüşündə deyib.

Dövlət başçısı xatırladıb ki, bir neçə il bundan əvvəl Zaqatala, Qax rayonlarında zəlzələ oldu, orada minlərlə ev dağılmışdı:

“Biz o zəlzələnin fəsadlarını aradan qaldırdıq. Bir neçə il bundan əvvəl daşqın olmuşdu, minlərlə evi su basmışdı. Orada da lazımi tədbirlər görülmüşdü. Bütün evlər dövlət vəsaiti hesabına yenidən tikildi, bərpa edildi. Ona görə biz bu zəlzələnin fəsadlarını da tezliklə aradan qaldıracağıq. Mən gəlmişəm bunu sizə şəxsən deyim ki, vətəndaşlar tam əmin olsunlar, bütün lazımi işlər görüləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti