...

XİN rəhbəri: Aİ və Azərbaycan arasında yeni sazişin mətni 90 faiz razılaşdırılıb

Siyasət Materials 4 Aprel 2019 16:20 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında sazişin mətninin 90 faizdən çoxu artıq razılaşdırılıb.
XİN rəhbəri: Aİ və Azərbaycan arasında yeni sazişin mətni 90 faiz razılaşdırılıb

Bakı. Ləman Zeynalova - Trend:

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında sazişin mətninin 90 faizdən çoxu artıq razılaşdırılıb.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq haqqında sazişə müxtəlif məsələlərin həllinə imkan yaradan mühüm, baza sənədlərindən biri kimi baxır: "Biz fəxrlə deyə bilərik ki, sazişin mətninin 90 faizdən çoxu artıq razılaşdırılıb, qalan hissənin razılaşdırılması üzrə iş aparılır. Bütün sənədin gələn ay razılaşdırılacağını gözləyirik".

E.Məmmədyarov vurğulayıb ki, sazişlə bağlı həll olunmamış məsələlər var və bunların həlli üçün təkcə Azərbaycandan deyil, Aİ-dən də çeviklik tələb olunur.

Öz növbəsində, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib ki, Azərbaycan Aİ üçün çox mühüm tərəfdaşdır, Aİ ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyir:

"Hazırda yeni iddialı ikitərəfli sazişimiz üzrə danışıqların yekun, həlledici mərhələsindəyik. Əminəm ki, bu sənəd münasibətlərimizi genişləndirəcək və dərinləşdirəcək. Bu, həm Aİ ölkələri, həm də Azərbaycan vətəndaşlarının xeyrinə olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti