...

Türkiyəli deputat Yerevanda ermənilərə Azərbaycanla barışığın yolunu göstərdi

Siyasət Materials 16 Aprel 2019 16:46 (UTC +04:00)
Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir və Ermənistan bunu bilməlidir
Türkiyəli deputat Yerevanda ermənilərə Azərbaycanla barışığın yolunu göstərdi

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir və Ermənistan bunu bilməlidir.

Trend-in məlumatına görə, bunu türkiyəli millət vəkili Metin Gündoğdu Yerevanda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında deyib.

Onun sözlərinə görə, Türkiyənin Azərbaycanla bağlı mövqeyi və iki ölkə arasında qardaşlıq münasibətləri dəyişməz qalacaq. O vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməli və münaqişənin nizamlanması üçün zəruri şərtləri yerinə yetirməlidir.

Qeyd edək ki, bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bütün dünyanın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını tanıdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti