...

Azərbaycan XİN Şri-Lankada baş verən terror aktlarını pisləyib

Siyasət Materials 21 Aprel 2019 15:37 (UTC +04:00)
Azərbaycanın Xarici İşlər Nazirliyi Şri-Lankada baş verən terror aktlarını pisləyib
Azərbaycan XİN Şri-Lankada baş verən terror aktlarını pisləyib

Bakı. Trend:

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Şri-Lankada baş verən terror aktlarını pisləyib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Biz Şri-Lankanın kilsələrində və otellərində baş verən və çox sayda günahsız insanın həlak olmasına və yaralanmasına səbəb olan terror aktlarını pisləyirik. Biz həlak olanların ailələrinə və Şri-Lanka xalqına dərin hüznlə başsağlığımızı bildirir, yaralıların tez bir zamanda sağalmasını diləyirik".

Qeyd edək ki, Şri-Lankada Pasxa bayramı zamanı Kolombo şəhərində və ölkənin digər yerlərində yerləşən otellərdə və kilsələrdə 8 partlayış törədilib.

Son məlumatlara əsasən, partlayışlar nəticəsində 185 nəfər həlak olub, təxminən 500 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti