...

Azərbaycan ictimaiyyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü qeyd edir (FOTO)

Siyasət Materials 10 May 2019 11:40 (UTC +04:00)
Azərbaycan ictimaiyyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü qeyd edir
Azərbaycan ictimaiyyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü qeyd edir (FOTO)

Bakı. Trend:

Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür.

Trend-in məlumatına görə, Ulu Öndərin ad günü - mayın 10-da səhər saatlarından ictimaiyyət nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana üz tutur, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklillər, təzə-tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dualar oxuyurlar.

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti