...

Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları-2019"da iştirak edəcək

Siyasət Materials 19 İyul 2019 17:04 (UTC +04:00)
Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında ölkəmizi təmsil edəcəklər.
Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları-2019"da iştirak edəcək

Bakı. Trend:

Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında ölkəmizi təmsil edəcəklər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan hərbçiləri ölkəmizdə “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda təşkil olunacaq “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti