Bakı. Elçin Mehdiyev – Trend:
Milli Məclisin deputatı Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 53-cü iclasında iştirak etmək üçün sentyabrın 17-də Türkiyənin Giresun şəhərinə səfər edəcək.
Trend-in məlumatına görə, yığıncaqda “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında ikili vergilərin aradan qaldırılması məqsədi ilə güzəştli ticari razılaşmaların bağlanması” mövzusunda müzakirələr aparılacaq.
Tədbirdə Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə bağlı təqdimat keçiriləcək, təşkilatın cari fəaliyyəti barədə məlumat veriləcək, komitənin növbəti iclasının yeri, vaxtı və gündəliyi müəyyənləşdiriləcək.
Səfər sentyabrın 20-də başa çatacaq.