...

Deputatlar bu gün toplaşır - Nələr müzakirə olunacaq?

Siyasət Materials 8 Oktyabr 2019 09:05 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin bu gün növbəti plenar iclası keçiriləcək.
Deputatlar bu gün toplaşır - Nələr müzakirə olunacaq?

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Məclisinin bu gün növbəti plenar iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasın gündəliyinə 14 məsələ daxildir.

Bunlar "Dövlət rüsumu haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekuroslarının dövriyyəsi haqqında", "Lisenziyalar və icazələr haqqında", "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası haqqında" və s. qanunlara, eləcə də İnzibati Xətalar, Cəzaların İcrası məcəllələrinə dəyişiklik layihələridir. Layihələr II və III oxunuşda müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti