...

Boliviya XİN: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bir çox məsələlər öz həllini tapacaq

Siyasət Materials 26 Oktyabr 2019 15:22 (UTC +04:00)
Boliviya inanır ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bir çox məsələlər öz həllini tapacaq.
Boliviya XİN: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bir çox məsələlər öz həllini tapacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Boliviya inanır ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bir çox məsələlər öz həllini tapacaq.

Trend-in məlumatına görə, bunu Boliviyanın Xarici İşlər naziri Dieqo Peri Radriqes Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Toplantısı çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Boliviya Azərbaycanın hərəkata sədrliyini dəstəkləyir və Azərbaycanın keçirəcəyi bütün tədbirlərdə fəal iştirak edəcək. Boliviyalı nazir bildirib ki, zirvə görüşü tarixi əhəmiyyət daşıyır:

“Sessiyanın əsas mövzularından biri əlaqələrin daha da möhkəmləndirilməsidir. Bandunq prinsipləri ölkələrin suverenliyinin qorunmasında əsas rol oynayır. Bu səbəbdən bu prinsipləri möhkəmləndirmək vacib əhəmiyyət kəsb edir”.

O, həmçinin ölkəsində keçirilən prezident seçkiləri və Boliviyaya qarşı tətbiq edilən sanksiyalar haqqında məlumat verib.

Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçirilib. Görüşdə Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilib. Beləliklə, Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.

Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti