Bakı. Trend:
Tanzaniyanın Baş Naziri Kassim Majalivanın Azərbaycan Respublikasına səfəri oktyabrın 27-də başa çatıb.
Trend-in məlumatına görə, Tanzaniyanın Baş Naziri Kassim Majalivanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və digər rəsmi şəxslər yola saldılar.