Bakı. Trend:
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının (DQBAİ) üzvləri ABŞ-a səfərləri çərçivəsində Cənubi Kaliforniyanın ən böyük müsəlman icması - Orange County İslam Mərkızinə səfər ediblər.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Trend-ə bildirib ki, icma üzvləri orada Ermənistanın azərabaycanlılara qarşı təcavüzü və Azərbaycan torpaqlarının işğalı haqqında məlumat veriblər.