...

Elxan Ələsgərov: Paşinyan İtaliyada sülhməramlı qılığına girməyə çalışır

Siyasət Materials 21 Noyabr 2019 19:03 (UTC +04:00)
İtaliyada Siyasi Tədqiqatlar Beynəlxalq İnstitutunda çıxışı zamanı Nikol Pşainyan daha bir sərsəm bəyanat verdi
Elxan Ələsgərov: Paşinyan İtaliyada sülhməramlı qılığına girməyə çalışır

Bakı. Trend:

İtaliyada Siyasi Tədqiqatlar Beynəlxalq İnstitutunda çıxışı zamanı Nikol Paşinyan daha bir sərsəm bəyanat verdi və bildirdi ki, “Qarabağda hərbi əməliyyatların başlayacağı təqdirdə Azərbaycan terrorçular üçün plasdarma çevrilə bilər”.

Fikir verin, bunu o zavallı siyasətçi bəyan edir ki, öz ölkəsi terrorçuluğun və terrorçuların məskəninə çevrilib.

Bunu hazırda Yerevanda məskunlaşmış və əlləri təkcə Qarabağ və Xocalıda yox, həm də Bakı, Sumqayıt, Moskva, Mahaçqala və digər şəhərlərdə öldürülən türk diplomatlar, azərbaycanlı qoca, qadın və uşaqların qanına batan terrorçuların uzun siyahısı təsdiqləyir.

Bundan başqa, N.Paşinyan “Sasna Tsrer” – ASALA-dan olan qatillər və Sefilyanla görüşür və onları himayə edir.

Məhz N.Paşinyan 2016-cı ilin iyulunda Yerevanda polis alayının ərazisini ələ keçirən “Sasna Tsrer” terrorçularının həbsdən azad olunmasının təşəbbüsçüsü olub.

Üç polis əməkdaşının qətlinə və terrorçuluğa görə onlar Serj Sarkisyanın hakimiyyəti dövründə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Amma “Nikol Paşinyanın hakimiyyətini dəstəklədikləri üçün” bir imza ilə 27 terrorçu həbsdən azad edildi. Onlar yalnız azadlığa çıxmadı, həm də Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərəcək partiyanın yaradılmasına başladı. Beləliklə, N.Paşinyan və onun arxasında duranlar “Sasna Tsrer”in himayəsi altında ASALA-nı yenidən yaratmaq qərarına gəldi. Bunu ideya təşəbbüskarlarının tərkibi də təsdiq edir.

Qarabağ müharibəsi dövründə regionda peyda olmuş ASALA terrorçuları təkcə Azərbaycanda yox, Ermənistanda da az vəhşilik törətməyiblər. Tanınmış terrorçu Monte Melkonyanın rəhbərliyi ilə iki qrup, “Aramo” və “Arabo” Xocalıda azərbaycanlıların soyqırımında iştirak edib. Onlar böyük əksəriyyətlə, o cümlədən, ASALA-nın üzvləri Jirayr Sefilyan, Alek Yeniqomşyan, Varujan Avetisyan və digərləri Yaxın Şərq ölkələrindən gələnlərdir.

Onlar qatı terrorçular, sərt millətçi siyasət təbliğ edən və Azərbaycanla münasibətlərdə istənilən kompromisə, əsasən da işğal olunmuş ərazilərin qaytarılmasına qarşı çıxan radikal və fanatiklərdir.

N.Paşinyan terrorçulara yönəlir və elə görünür ki, onların fikirlərini bölüşür. Belə ki, baş nazir olarkən o, “Sasna Tsrer” – ASALA terrorçularından biri, “Yalquzaq” ləqəbli Araik Xandoyana başsağlığı vermişdi. İtaliyada sülhməramlı qılığına girməyə çalışan N.Paşinyanın əsl siyasi üzü budur.

Baku Network

Ekspert Şurasının direktoru

Fəlsəfə doktoru

Elxan Ələsgərov

http://bakunetwork.com

Bizə Twitter və Facebook-da qoşulun https://twitter.com/BakuNetwork

https://www.facebook.com/BakuNetwork

Youtube channel: https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtm

Məqalədə:
Xəbər lenti

Xəbər lenti