Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Trend-in məlumatına görə, iclasın gündəliyinə yalnız bir məsələ daxildir. Millət vəkilləri Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Parlamentə müraciətini müzakirə edəcəklər.