...

Yevlaxda 9 bələdiyyəyə 89 üzv seçilir

Siyasət Materials 23 Dekabr 2019 17:30 (UTC +04:00)
Yevlax şəhərində bələdiyyə seçkiləri uğurla davam edir.
Yevlaxda 9 bələdiyyəyə 89 üzv seçilir

Bakı. Trend:

Yevlax şəhərində bələdiyyə seçkiləri uğurla davam edir. Trend-in məlumatına görə, yevlaxlı seçicilər məntəqələrə gələrək öz səsvermə hüquqlarından istifadə edir, istədikləri namizədə səs verirlər.

48 saylı Yevlax şəhər seçki dairəsi dairə seçki komissiyasının sədi Yaşar Abbasov bildirib ki, dairə üzrə 9 bələdiyyəyə 89 nəfər üzv seçiləcək. Namizədlərin sayı 264 nəfərdir. Səsvermə 31 seçki məntəqəsində keçirilir. Məntəqələrin hamısında səsvermənin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçki prosesini 329 nəfər müşahidəçi izləyir.

48 saylı seçki dairəsində seçicilərin ümumi sayı 34 min 989 nəfərdir. Onlardan 699 nəfəri seçkidə ilk dəfə iştirak edən gənclərdir. 18 yaşı seçki günü tamam olan şəhər sakini İsa Süleymanov da səsvermədə iştirak edib. 13 saylı seçki məntəqəsində səs verən gəncə hədiyyə təqdim edilib. İ.Süleymanov builki doğum gününün yaddaşında hər zaman xoş xatirə kimi qalacağını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti