...

Aİ Azərbaycanla tərəfdaşlıq barədə yekun sazişin qısa zamanda əldə olunacağına ümid edir (ÖZƏL)

Siyasət Materials 29 Dekabr 2019 22:15 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Azərbaycanla tərəfdaşlıq barədə yekun sazişin qısa zamanda əldə olunacağına ümid edir
Aİ Azərbaycanla tərəfdaşlıq barədə yekun sazişin qısa zamanda əldə olunacağına ümid edir (ÖZƏL)

Bakı. Ləman Zeynalova - Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanla tərəfdaşlıq barədə yekun sazişin qısa zamanda əldə olunacağına ümid edir.

Bunu Trend-ə Aİ-nin xarici əlaqələr üzrə rəsmi nümayəndəsi Piter Stano deyib.

O qeyd edib ki, Azərbaycan “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Aİ-nin aparıcı tərəfdaşıdır:

“2017-ci ildə “Şərq tərəfdaşlığı”nın son sammitində biz Azərbaycan da daxil olmaqla tərəfdaş ölkələrdə kompleks islahatlarda iştirakımızı bərpa etdik. Aİ ilə Azərbaycan arasında əməkdaşlıq 2018-ci ilin sentyabrında tərəfdaşlıq prioritetlərinin razılaşdırılması ilə daha da irəliləyib. Bu, dörd aparıcı sektorda əməkdaşlığımızı müəyyən edir: 1) təşkilatların möhkəmlənməsi və müvafiq idarə olunması; 2) iqtisad inkişaf və bazar imkanları; 3) enerji səmərəliliyi, ətraf mühitə və iqlimə təsir; 4) mobillik və insanlar arasında əlaqə. Hazırda biz Azərbaycanla yeni hərtərəfli saziş barədə danışıqlar aparırıq. Bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə kömək edəcək. Ümid edirəm ki, saziş yaxın zamanlarda imzalanacaq”.

P.Stano əlavə edib ki, 2020-ci il “Şərq tərəfdaşlığı” proqramının yeni siyasi çərçivələrinin müəyyən olunması ili olacaq:

“Ötən ilin mayında Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker “Şərq tərəfdaşlığı”nın gələcək siyasəti ilə bağlı məsləhətləşmələrə start verdi. Məsləhətləşmələrin sonunda biz müxtəlif maraqlar tərəflərdən 200-dən çox təklif aldıq. Altı tərəfdaş ölkə və Aİ üzvlərinin böyük əksəriyyəti yazılı təkliflər irəli sürüb. Hazırda bu materiallar təhlil olunur ki, “Şərq tərəfdaşlığı”nın növbəti sammitində yeni siyasi hədəflər razılaşdırılsın”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti