...

Hay-küy salmaqla bizi nəyəsə məcbur etmək olmaz – Məzahir Pənahov

Siyasət Materials 30 Yanvar 2020 16:33 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Müəyyən qrup insanar var ki, sensasiya xarakterli məlumatlarla yaşayır və onu özü üçün həyat tərzi hesab edir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib: "Bəzi insanlar düşünür ki, hay-küy salmaqla bizi nəyəsə məcbur edə bilərlər. Hər bir məsələ qanun çərçivəsində öz həllini tapacaq. Hay-küy salan insanlar vaxtlarını boş yerə sərf etməsinlər. Biz marağındayıq ki, çatışmazlıqlar olmasın. Əgər olarsa, onu edənləri cəzalandırırıq. Bütün bunlar qanunvericiliyə uyğun həyata keçirilir”.

Sədr vurğulayıb ki, MSK Milli Məclisə seçkilər zamanı sosial şəbəkələrə diqqət yetirəcək: “Bunu bələdiyyə seçkilərində etdik. Parlament seçkilərində sosial şəbəkələrə ondan da çox diqqət yetirəcəyik".

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti