Bakı. Trend:
Prezident İlham Əliyev Şahin Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahin Məhərrəm oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilsin.