...

15 saylı Yasamal I seçki dairəsində seçki prosesini yerli və xarici müşahidəçilər izləyirlər (FOTO)

Siyasət Materials 9 Fevral 2020 11:24 (UTC +04:00)
Fevralın 9-u saat 8:00-da Azərbaycanın hər yerində olduğu kimi, 15 saylı Yasamal birinci seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində də səsvermə qanunvericiliyə uyğun olaraq başlayıb.
15 saylı Yasamal I seçki dairəsində seçki prosesini yerli və xarici müşahidəçilər izləyirlər (FOTO)

Bakı. Trend:

Fevralın 9-u saat 8:00-da Azərbaycanın hər yerində olduğu kimi, 15 saylı Yasamal birinci seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində də səsvermə qanunvericiliyə uyğun olaraq başlayıb.

Trend-in məlumatına görə, dairə seçki komissiyasının 4 saylı məntəqəsinin sədri Simuzər Zeynalova bildirib ki, məntəqə üzrə 1483 seçici qeydə alınıb. Onlardan 7 nəfəri seçki hüququndan ilk dəfə istifadə edəcək gənclərdir.

“Soyuq hava şəraitinə baxmayaraq, 15 saylı Yasamal I seçki dairəsinin 4 saylı seçki məntəqəsində seçici fəallığı yüksəkdir. Məntəqə üzrə yaşı 80-ni ötmüş 24 seçici var. Seçki prosesini yerli və xarici müşahidəçilər izləyirlər. Məntəqədə veb-kamera quraşdırılıb. Seçki normal qaydada gedir, indiyədək heç bir qanun pozuntusu qeydə alınmayıb”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti