...

Çexiya Parlamentinin Müşahidə Missiyası: Seçkilərin keçirilmə şəraitindən çox məmnun qaldıq

Siyasət Materials 10 Fevral 2020 10:09 (UTC +04:00)
Çexiya Parlamentinin Müşahidə Missiyası bu gün mətbuat konfransı keçirib
Çexiya Parlamentinin Müşahidə Missiyası: Seçkilərin keçirilmə şəraitindən çox məmnun qaldıq

Bakı. Samir Əli - Trend:

Çexiya Parlamentinin Müşahidə Missiyası bu gün mətbuat konfransı keçirib.

Trend-in məlumatına görə, Deputatlar Palatasının üzvü Yaroslav Holik bildirib ki, seçkiləri 16 seçki məntəqəsində müşahidə edib: “Həm namizədlərin siyahılarını yoxlamışıq, həm də seçki keçirilən məntəqələrin şəklini çəkmişik. Seçkilərin keçirilmə şəraitindən çox məmnun qaldıq”.

Y.Holik qeyd edib ki, müşahidə zamanı öz ölkəsindəki seçkilərlə buradakı seçkilər arasında 4 fərq müəyyən edib: “Çexiyada seçkilər keçiriləndə seçki məntəqələrində seçicinin adı və soyadı olan siyahı olur. Seçici sadəcə ad-soyadını bu siyahıda tapıb şəxsiyyət vəsiqəsini göstərdikdən sonra oraya işarə qoyur. Azərbaycanda isə seçici öz imzası ilə səs verdiyini təsdiq etməlidir. Digər tərəfdən, Azərbaycanda görmə məhdudiyyətli insanların da səsverməsinə şərait yaradılıb. Bu, məni sevindirir. Bundan əlavə, hər seçici məntəqəyə girəndə onun barmağı boyanır ki, 2-ci dəfə səs verə bilməsin. Öz fəaliyyətim zamanı bunu Kambocada da görmüşdüm. Bu, çox düzgün addımdır”.

Palata üzvü nəzərə çatdırıb ki, Çex Respublikasından 4 qrup müşahidəçi seçkiləri müşahidə etmək üçün gəlib. O, Azərbaycanın Qarabağ problemi ilə bağlı da danışıb.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti