...

117 saylı Oğuz-Qəbələ seçki dairəsinin 3 məntəqəsində nəticələr ləğv olundu

Siyasət Materials 24 Fevral 2020 21:33 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizədin müraciətinə baxılıb
117 saylı Oğuz-Qəbələ seçki dairəsinin 3 məntəqəsində nəticələr ləğv olundu

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizədin müraciətinə baxılıb.

Trend-in xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu, pozulmuş hüquqlarının bərpa olunmasını xahiş edib:

"Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 3 seçki məntəqəsində pozuntu halları aşkar edilib".

İclasda daha sonra həmin dairənin 3 seçki ( 29, 30 və 43 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti