Bakı. Elçin Mehdiyev – Trend:
Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalı təsis olunacaq.
Trend-in məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik təklif edilir.
Eyni zamanda yubiley medalının Əsasnaməsi təsdiqlənəcək.
Məsələ sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.