Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər

Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər

Bakı. Elçin Mehdiyev - Trend:

Məlum olduğu kimi, hazırkı dövrdə hamımız üçün beynəlxalq əlaqələrin həyata keçirilməsi o qədər də asan deyil. Çünki dünyada baş verən hadisələr, xüsusilə koronavirus pandemiyası ilə əlaqədar həyat tərzimizin dəyişməsi tamamilə yeni reallıqların gündəmə gətirilməsini şərtləndirib. Bu nöqteyi-nəzərdən, beynəlxalq təşkilatlar da kənarda qalmayıb. Bildiyiniz kimi, beynəlxalq təşkilatların bir qismi artıq fəaliyyətlərini tam, bəziləri isə qismən dayandırıb. Beynəlxalq təşkilatlarda işin nə vaxt normal şəkildə bərpa olunacağı hələ bilinmir. Ancaq buna baxmayaraq, bizim üçün Azərbaycan Prezidenti İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqi, xüsusilə də xarici siyasətin aparılması prinsipləri ilə bağlı fikirləri əsasdır.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Səməd Seyidov beynəlxalq münasibətlərin faktiki onlayn rejimə keçdiyi indiki vəziyyətdə də öz fəaliyyətlərini davam etdirdiklərini bildirib:

"Xüsusilə bu fəaliyyət ona görə vacibdir ki, bəzi qüvvələr hətta belə bir vəziyyətdən istifadə edə və Azərbaycana qarşı hər hansı təxribatla məşğul ola bilərlər. Bildiyiniz kimi, bir neçə gün əvvəl Avropa Şurası Parlament Assambleyasının həmməruzəçilərinin subyektivliklə dolu və əməkdaşlıqdan uzaq mövqeyi ilə əlaqədar AŞPA-nın prezidentinə və həmməruzəçilərin özlərinə kəskin məktub göndərmişdik. Məktubda qeyd edilib ki, bu cür əməkdaşlıq mümkün deyil, ikitərəfli əlaqələr, ilk növbədə, bir-birimizlə məsləhətləşmə, fikir mübadiləsi, dialoq yaradan addımlarla müşayiət olunmalıdır. Xüsusilə vurğulanıb ki, baxmayaraq ki, AŞPA Dağlıq Qarabağ probleminin həlli ilə birbaşa məşğul olmur və bu mandat ATƏT-in Minsk qrupundadır, Avropa Şurası və onun Parlament Assambleyası bu məsələ ilə bağlı münasibəti 2005-ci ildə qəbul etdiyi 1416 nömrəli qətnamədə birmənalı şəkildə bildirib”.

Dünən axşam Avropa Şurası Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Rocer Qeyldən məktub aldığını diqqətə çatdıran Səməd Seyidov deyib ki, həmin məktubda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində martın 31-də keçirilmiş qondarma “seçkilər”lə bağlı həmməruzəçilərin bəyanatı əks olunub:

"Bəyanatda həmməruzəçilər AŞPA-nın 1416 saylı qətnaməsini tam şəkildə dəstəkləyir və eyni mövqedən çıxış edərək Dağlıq Qarabağ kimi qeyri-qanuni bir qurumu tanımadıqlarını bildirirlər. Bundan başqa, həmməruzəçilər ATƏT-in Minsk qrupunun 31 mart tarixli bəyanatını tam şəkildə dəstəklədiklərini vurğulayaraq ona qoşulduqlarını bildirirlər. Məlum olduğu kimi, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağda keçirilmiş “seçkilər”in tanınmaması və həmin seçkilərin ümumi regiona xələl gətirməsi ilə bağlı bəyanat yaydılar".

Milli Məclisin komitə sədri deyib ki, AŞPA Monitorinq komitəsinin belə bir bəyanatı bizim üçün vacibdir:

“Çünki bir çox hallarda biz görürük ki, bəzən bu məruzəçilər insan haqları ilə bağlı məsələləri qaldırırlar, ancaq Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün insan haqlarının pozulması məsələsində hansısa bəhanələr ortaya qoyaraq fikir bildirmirlər. Hesab edirəm ki, Azərbaycanın konkret və açıq münasibəti, dövlətimizin başçısı tərəfindən bizə tövsiyə olunduğu kimi, milli maraqlarımıza uyğun siyasətin yürüdülməsi, eləcə də bizim AŞPA prezidentinə ünvanladığımız məktubda əks olunan fikirlər məhz həmməruzəçilərin belə bir reaksiyasına əsas yaratdı. İkincisi, AŞPA-nın prezidenti də bizə bu yaxınlarda ünvanladığı məktubda məruzəçilərin Azərbaycan nümayəndə heyəti, Azərbaycanın dövlət və hökumət rəsmiləri ilə əməkdaşlığının konstruktiv şəkil təşkil olunmasını əlaqələrin inkişafı üçün ən əsas məqamlardan biri kimi qiymətləndirib. Hesab edirəm ki, AŞPA-nın yeni prezidentinin bu fikri dəstəklənməlidir.

Bir sözlə, Azərbaycan üzrə həmməruzəçilərin göndərdikləri məktub, həmin məktubda Dağlıq Qarabağın müstəqil qurum kimi tanınmaması, işğalçı rejimin qeyri-legitim olması, ATƏT-in Minsk qrupunun bəyanatına tam dəstək verilməsi ilə bağlı ifadə olunan mövqe bizim konkret, açıq, səmimi və sərt mövqeyimizin nəticəsidir”.

Xatırladaq ki, bir çox dövlətlər, beynəlxalq və regional təşkilatlar, o cümlədən ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO, ATƏT Parlament Assambleyası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, GUAM, indi də AŞPA Dağlıq Qarabağda keçirilən “seçkilər”in qeyri-qanuni və qeyri-legitim hesab olunduğunu bildiriblər. Həmin dövlətlər və təşkilatlar bu “seçkilər”i heç bir halda tanımadıqlarını bəyan ediblər. Bununla da Ermənistanın növbəti seçki şousu yenidən iflas oldu.

Futbol üzrə İtaliya çempionatında qalan matçların təqvimi açıqlanıb
Futbol üzrə İtaliya çempionatında qalan matçların təqvimi açıqlanıb
"Qarabağ" məşqləri bərpa etdi (FOTO)
"Qarabağ" məşqləri bərpa etdi (FOTO)
AFFA I Divizion və Gənclər Liqası ilə bağlı qərarını açıqlayıb
AFFA I Divizion və Gənclər Liqası ilə bağlı qərarını açıqlayıb
Loading Bars
Xəbər lenti
Gənc oğlan küçədə bıçaqlandı
"LADA" su kanalına aşdı - Sürücü öldü
İyunun 2-də xarici valyutaların manata qarşı məzənnələri
Keçmiş məhkum küçədə qadına hücum etdi
Ermənistan snayper tüfəngləri ilə atəşkəsi pozub
Paytaxtda küçədə narkotik satan şəxs yaxalandı
Bakıda zəncirvari qəza tıxaca səbəb oldu
Deputatlar bu gün üç mühüm məsələ üçün toplaşır
Bakıda "VAZ" yanıb
Azərbaycan şirkətləri Ukraynada karbohidrogen yataqlarının işlənməsində iştirak edə bilər
"Kolizey" yenidən ziyarətçiləri qəbul etməyə başladı
Ismayıllıda itkin düşən şəxsin axtarışları başa çatıb (ƏLAVƏ OLUNUB)
Roman Abramoviç İsraildə ən bahalı villanı alıb
Tramp ABŞ-dakı iğtişaşları daxili terror aktları adlandırıb
Türkiyədə jandarma avtomobili uçuruma düşdü, ölənlər var
Kamçatka sahillərində 5.0 bal gücündə zəlzələ baş verib
Tunis sərhədlərini iyunun 27-də açır
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
Şəmkirdə 120 mm-lik top mərmisi aşkarlanıb (FOTO)
Futbol üzrə İtaliya çempionatında qalan matçların təqvimi açıqlanıb
Nyu-Yorkda komendant saatı elan edilir
Prezident İlham Əliyev: Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik
Yevlaxda Beynəlxalq Uşaq Günü münasibətilə aksiya keçirilib (FOTO)
Moskvada koronavirusdan ölənlərin sayı 2 624 nəfərə çatıb
ÜST: Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 123 min artıb
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Şamaxıda "UAZ" yanıb
Arzu Nağıyev: Keçirilən aksiyalar Birləşmiş Ştatların gələcəyi üçün təhdid yaradır (VİDEO)
Azərbaycan Prezidenti: Bizim borcgötürmə ilə bağlı strategiyamız çox mühafizəkardır və bu, bizə öz milli valyutamızda borc götürməyə imkan verəcəkdir
UNEC-də ciddi struktur dəyişiklikləri edilib
Prezident İlham Əliyev: Azərbaycan 30 ölkəyə dəstək verib
Prezident İlham Əliyev: Ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub
Türkiyədə koronavirusdan sağalanların sayı 129 minə yaxınlaşır
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir
"Qarabağ" məşqləri bərpa etdi (FOTO)
AFFA I Divizion və Gənclər Liqası ilə bağlı qərarını açıqlayıb
Şəkinin mərkəzində tutulan ayı volyerdə müşahidə altındadır
ABŞ-da nümayişçilərə qarşı polis zorakılığı (VİDEO)
Bakıda bir evin zirzəmisindən narkotik vasitə götürülüb
Qeyd olunan məlumat həqiqəti əks etdirmir - Mərkəzi Bankdan AÇIQLAMA
Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri (FOTO)
Bu günün əsas məqsədi uşaq hüquqlarının qorunmasını bir daha gündəmə gətirməkdir
Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi keçiriləcək
Ombudsman Aparatının əməkdaşı Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş onlayn görüşdə iştirak edib (FOTO)
“AccessBank”ın məcmu kapitalı normadan yüksəkdir
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
961 obyektdə sanitar-epidemioloji tələblər pozulub (FOTO)
BP-nin Azərbaycandakı neft-qaz layihələrinə xərclədiyi vəsait açıqlanıb
Son beş ildə AÇG yataqlar blokundan hasilat azalıb
BP Azərbaycanda sosial layihələrə 86 milyon dollar xərcləyib
Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü
Yevlaxda üçotaqlı ev yanıb
Prokurorluq əməkdaşı koronavirusa yoluxub
Ötən il 890 saxta pul nişanı tədavüldən çıxarılıb
Bakıda evdən yaşlı qadın meyiti tapılıb
Baş Prokurorluq: Yusif Səməndərovun koronavirusdan vəfat etməsi yalandır
Prezident İlham Əliyev İtaliyanın dövlət başçısını təbrik edib
Mingəçevir Dövlət Universitetinin rektoru universitetin şəxsi heyətinə müraciət edib
Fuad Nağıyev: Sərhədlərin açılması ilk olaraq qonşu ölkələrlə planlaşdırılır
Baş infeksionist: Maskanın istifadə edilməməsinə görə cərimə tətbiqinə zərurət yaranıb
Vüqar Rəhimzadə: COVİD-19-la mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir
BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı
Mərkəzi Gömrük Hospitalında müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi uğurla həyata keçirilir (FOTO)
Yelo Bankın depozit kampaniyası yayınızı daha da parlaq edəcək!
Deputat Naqif Həmzəyev polislərə əlavə vəsaitin ödənilməsini təklif etdi (VİDEO)
Gəncədə mənşəyi məlum olmayan baytarlıq preparatları aşkarlanıb (FOTO)
Milli Məclisin növbədənkənar iclasının gündəliyi məlum oldu
Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq
“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Kitab Sovqatı” aksiyası keçirib (FOTO)
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
İyunun 2-də dolların manata qarşı məzənnəsi
Fərid Şəfiyevin Polşanın nüfuzlu “Historia” nəşrində Rusiya imperiyasının köçürmə siyasətinə dair məqaləsi dərc olunub
Lənkəranda xüsusi karantin və sanitar rejimin tələblərinə nəzarət gücləndirilib (FOTO)
“Google” yeni əməliyyat sisteminin təqdimatını təxirə salıb
KOBİA bərbərxana və gözəllik salonlarının sahibləri ilə onlayn görüş keçirib
Azərbaycandan keçməklə Avstriyaya kişmiş aparan iranlılardan külli miqdarda heroin aşkarlandı (FOTO/VİDEO)
Elman Rüstəmov: Bağlanan banklarda qorunan əmanətlər 680 milyon manatdır
Təhsil Nazirliyində bir qrup tələbənin müraciətinə baxılıb
“ASAN xidmət” “Rabitəbank”la birgə "Təhsiliniz Gələcəyimizdir" layihəsini reallaşdırıb (FOTO)
ASRP 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günündə Xocalıda qətlə yetirilən uşaqların xatirəsini yad etdi
“Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi - FƏRMAN
1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə PAŞA Sığorta uşaqlar üçün “Psixoloq məsləhəti” və “Həkim-pediatrla telefon məsləhəti” xidmətlərini təklif edir
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb (VİDEO/FOTO)
Azərbaycanda xüsusi hallarda cinayət prosesi videokonfrans vasitəsilə keçiriləcək
“Rəqəmsal bacarıqlar” layihəsi üzrə 72 teledərs ictimaiyyətə təqdim olunub
Nihilist radikallar vətənpərvərliyi də satışa çıxarırlar - "Politşou" təqdim edir (Videolayihə)
Banka gəlmədən hesab aç, elektron ticarətini qur, 50% endirim qazan!
“Factoring Chain International” qurumunun üzvü olan PAŞA Bank ilk Eksport Faktorinq sövdələşməsinə imza atdı
Azərbaycan Prezidenti Milli Məclisin iclaslarına gələndə Dövlət Himni ifa ediləcək
Ukrayna dairəsindəki yeni piyada keçidi yaxın günlərdə istifadəyə veriləcək
Karantin günlərində bədii gimnastlardan xarici idmançılara ustad dərsləri
Bu gündən qida təhlükəsizliyi sertifikatının verilməsi elektron qaydada olacaq
Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum oldu
Nazirlikdə vətəndaş qəbulunun dayandırılma müddəti uzadıldı
Öyrənmək hər uşağın haqqıdır (FOTO/VİDEO)
Neftçala rayon prokuroru vəzifəsindən azad edildi
KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir
Azərbaycan HHQ-nin aviasiyası döyüş atışlı taktiki-uçuş təlimləri keçirib (FOTO/VİDEO)
Baş prokurorluqda kadr dəyişikliyi olub
Sədaqət Vəliyeva: Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib
Bütün xəbərlər