...

Sevil Mikayılova: Makroiqtisadi sabitliyin qorunması növbəti dövr üçün prioritet tapşırıq kimi qarşıya qoyulub

Siyasət Materials 16 Aprel 2020 13:56 (UTC +04:00)
Sevil Mikayılova: Makroiqtisadi sabitliyin qorunması növbəti dövr üçün prioritet tapşırıq kimi qarşıya qoyulub

Bakı. Trend:

2020-ci ilin ilk 3 ayı ərzində müşahidə olunan iqtisadi artım dinamikası Azərbaycan iqtisadiyyatının dayanıqlı və gözlənilməz təsirlərə davamlı olmasının göstəricisidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, pandemiya ilə bağlı həyata keçirilən məhdudlaşdırıcı tədbirlər ölkələrin iqtisadiyyatına əlbəttə ki, təsirsiz ötüşməyib və hazırda bütün dünyada makroiqtisadi göstəricilərdə azalma müşahidə olunur:

"Maliyyə bazarları, fond birjaları və ümumilikdə sənaye sektoru ağır böhranla üzləşmək təhlükəsi qarşısındadır. Belə bir vəziyyətdə Prezident İlham Əliyevin hökumətin iclasını çağırması və təhlükələrin dəf edilməsi üçün müvafiq tapşırıqlar verməsi növbəti mərhələdə daha vacib addımların atılacağına əminlik yaradır.

Hər zaman Azərbaycan vətəndaşının rifahını üstün tutan Prezident İlham Əliyev sosial sahədə heç bir proqramın ixtisar edilməyəcəyini, əksinə 2.5 milyard manat həcmində dəstək paketinin icra olunacağını bir daha bəyan edib".

S.Mikayılova vurğulayıb ki, ümumi şəraitə uyğun olaraq bütün imkanlar maksimum səfərbər edilib, investisiyaların cəlb edilməsi və sahibkarlığa dəstək məqsədilə əməli addımlar atılır:

"İqtisadi fəallığın qorunması istiqamətində islahatların davam edəcəyi heç şübhəsizdir və makroiqtisadi sabitliyin qorunması növbəti dövr üçün prioritet təşkil edir. Neft bazarında qiymətlərin kəskin aşağı düşməsi sözsüz ki, büdcə gəlirlərinin azalmasına gətirib çıxaracaq. Hazırda iqtisadiyyatın neft gəlirlərindən asılılığının azaldılması və yeni gəlir mənbələrinin aşkar olunması tapşırıq kimi ortaya qoyulub. Bununla bağlı kifayət qədər ehtiyatların olduğunu bildirən Prezident İlham Əliyev iqtisadiyyatda şəffaflığın təmin olunmasının vacibliyini vurğulayıb.

Gələcək tədbirlər planı iqtisadiyyatın və ümumi makroiqtisadi vəziyyətin sabit saxlanılması məqsədi daşıyır, nəticə etibarilə post-pandemiya dövründə yarana biləcək mənfi təsirlərin neytrallaşdırılmasını hədəfləyir. Bundan əvvəlki qlobal böhran dönəmlərində olduğu kimi, heç şübhəsiz, mövcud şəraitdə də Azərbaycan dövləti istənilən təsirlərə maksimum dayanıqlı olduğunu bir daha göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti