...

Fuad Muradov: Koronavirusla bağlı 47 ölkədən 5100-dən çox vətəndaşımız bizə müraciət edib

Siyasət Materials 16 Aprel 2020 17:28 (UTC +04:00)
Fuad Muradov: Koronavirusla bağlı 47 ölkədən 5100-dən çox vətəndaşımız bizə müraciət edib

Bakı. Elçin Mehdiyev – Trend:

Koronavirusla bağlı 47 ölkədən 5100-dən çox vətəndaşımız Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib.

Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

F.Muradov bildirib ki, müraciətlərin çoxluğuna görə Türkiyə, Rusiya, İtaliya və digər ölkələri göstərmək olar.

O qeyd edib ki, komitənin qaynar xətti 24 saat ərzində bütün müraciətləri qəbul edir və aidiyyəti üzrə yönləndirir.

F.Muradov əlavə edib ki, bəzi şəxslər yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışsa da, bu cəhdlərin qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti