...

Azərbaycan ilə İordaniya arasında yeni anlaşma memorandumu təsdiq edilib

Siyasət Materials 1 May 2020 15:06 (UTC +04:00)
Azərbaycan ilə İordaniya arasında anlaşma memorandumu təsdiq edilib.
Azərbaycan ilə İordaniya arasında yeni anlaşma memorandumu təsdiq edilib

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan ilə İordaniya arasında anlaşma memorandumu təsdiq edilib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Dəniz Komissiyası arasında Dənizçilərin hazırlanmasına, onlara diploma verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın (əlavələrlə) I/10-cu qaydasına uyğun olaraq sertifikatların (diplomların) tanınması haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

Müzakirələr zamanı anlaşma memorandumunun iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyi bildirilib.

Daha sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti