...

Azərbaycanla İtaliya arasında yeni anlaşma memorandumu təsdiq edildi

Siyasət Materials 5 May 2020 12:55 (UTC +04:00)
Milli Məclisi bu gün keçirilən plenar iclasında Azərbaycanla İtaliya arasında yeni sənədin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Azərbaycanla İtaliya arasında yeni anlaşma memorandumu təsdiq edildi

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisi bu gün keçirilən plenar iclasında Azərbaycanla İtaliya arasında yeni sənədin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, iclasda “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında diplomatik nümayəndəlik, konsulluq və daimi nümayəndəlik əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” məsələyə baxılıb.

Qeyd olunub ki, anlaşma memorandumu iki ölkə arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti