...

Rusiyalı ekspert: Böyük Vətən Müharibəsində azərbaycanlılar öz xalqının ən yaxşı cəhətlərini nümayiş etdirib

Siyasət Materials 7 May 2020 20:33 (UTC +04:00)
Böyük Vətən Müharibəsində azərbaycanlılar öz xalqının ən yaxşı cəhətlərini nümayiş etdirib
Rusiyalı ekspert: Böyük Vətən Müharibəsində azərbaycanlılar öz xalqının ən yaxşı cəhətlərini nümayiş etdirib

Bakı. Hüseyn Səfərov - Trend:

Böyük Vətən Müharibəsində azərbaycanlılar öz xalqının ən yaxşı cəhətlərini nümayiş etdirib.

Bunu Trend-ə rusiyalı politoloq İqor Pankratenko deyib.

Onun sözlərinə görə, Azərbaycanın Böyük Vətən Müharibəsində rolu barədə çox danışmaq olar:

"Amma mən yalnız faktlarla və rəqəmlərlə kifayətlənəcəyəm. Cəbhəyə 681 min azərbaycanlı gedib, onlardan 10 mindən çoxu qadın, 40 mindən çox könüllü olub. 400 mindən çox azərbaycanlı müxtəlif orden və medallarla təltif edilib, 123 nəfəri Sovet İttifaqı qəhrəmanı olub. Azərbaycan ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi yaradılıb, 77-ci, 223-cü, 396-cı, 402-ci və 416-cı atıcı diviziyalar formalaşdırılıb və döyüşərək Baltik ölkələrinə, Şərqi Avropaya, Berlinə çatıblar. Respublika ərazisində 130-dan çox silah-sursat növü istehsal olunub. Azərbaycan xəstəxanalarında Sovet ordusunun 400 mindən çox döyüşçüsü müalicə olunub. Azərbaycan qələbəyə təkcə təkcə nefti yox, həm də ən dəyərli sərvətini – 300 min oğlunun və qızının həyatını verib. 1942-ci ilin yayına qədər təkcə Leninqrada Bakı müəssisələri 2 vaqon kürü, 40 ton quru meyvə, 12 vaqon tomat-püre və şirə, gematogen, jelatin və digər qida məmulatları, eləcə də dərman və digər preparatlar yollayıb".

Ekspert, həmçinin Azərbaycan hökumətinin Böyük Vətən Müharibəsi veteranlarına diqqət və qayğısını da xüsusi qeyd edib:

"Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Vətən Müharibəsi veteranlarına birdəfəlik maddi yardım şəklində qayğı göstərdiyi vaxtda erməni deputat parlamentdə bəyan edir ki, vətəni müdafiə edənlər artıq qocalıb və dövlət üçün ödəmələrin tarixini təxirə salmaq və onların ölümünü gözləmək daha sərfəli olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti