Sahibə Qafarova: Azərbaycan Böyük Vətən Müharibəsində Qələbənin qazanılmasına ciddi töhfə verib (FOTO/VİDEO)

Sahibə Qafarova: Azərbaycan Böyük Vətən Müharibəsində Qələbənin qazanılmasına ciddi töhfə verib (FOTO/VİDEO)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Böyük Vətən Müharibəsində Qələbənin qazanılmasına ciddi töhfə verib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Sədri Sahibə Qafarova mayın 7-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin təşkilatçılığı ilə keçirilən Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş videokonfransda deyib.

Videokonfransda çıxış edən Sahibə Qafarova Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibəti ilə videokonfransın keçirilməsinin əhəmiyyətini qeyd edib, bu tədbirə dəvət üçün minnətdarlığını bildirib.

Sədr diqqətə çatdırdı ki, bu günlərdə hamımız üçün çox əlamətdar olan tarixi bir günü – Qələbə Gününü qeyd edirik.

Biz öz ölkəsinin azadlığı uğrunda canlarından keçmiş insanları böyük minnətdarlıq hissi və ağrı ilə xatırlayırıq. Mənim ölkəmin, Azərbaycanın bu Qələbəyə verdiyi töhfəni dəyərləndirməmək mümkün deyil. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çıxışlarından birində söylədiyi fikir yada düşür: "Tarix bu gün də bilməlidir ki, Azərbaycanın İkinci Dünya Müharibəsində xidmətləri, fəaliyyəti və rolu çox böyük olmuşdur".

Sədr xatırlatdı ki, Sovet İttifaqında, haqlı olaraq, əsas yanacaq tədarükçüsü kimi tanınan Azərbaycan Qızıl Ordunun çox güclü yanacaq bazasına çevrilmişdi. Böyük Vətən Müharibəsində Azərbaycan cəbhəyə 75 milyon ton neft göndərmişdir ki, bu da böyük Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynamışdır.

Azərbaycan milli diviziyaları alman-faşist qoşunlarının darmadağın edilməsində: 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında böyük rol oynamış, məşhur 416-cı Taqanroq Azərbaycan milli diviziyası isə Qafqazdan Berlinədək şanlı yol keçmişdir.

Sədr qeyd etdi ki, 130-dan çox Azərbaycan nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı kimi ən yüksək ada layiq görülmüşdür.

30 nəfər "Şərəf" Ordeninin hər üç dərəcəsi ilə, 170 min insan isə müxtəlif orden və medallarla təltif olunmuşdur. Bu statistik göstəricilər Azərbaycan xalqının qəhrəmanlığını bir daha təsdiqləyir.

O illərdə Azərbaycan zəhmətkeşləri böyük fədakarlıq göstərmişlər. Arxa cəbhədə, Azərbaycanın sənaye müəssisələrində 130 adda silah və sursat istehsal olunub. Əlbəttə ki, bu, Qələbənin qazanılmasına böyük töhfə olmuşdur.

Sədr təəssüflə onu da bildirdi ki, son zamanlar bir sıra qüvvələr İkinci Dünya Müharibəsində Hitler qoşunlarının darmadağın edilməsində Sovet İttifaqının rolunu inkar etməyə cəhd edirlər. Bu qəbuledilməz və yolverilməzdir. Biz, siyasətçilər, o cümlədən dünya ictimaiyyəti həqiqətin qorunmasında əzmli olmalıyıq.

Sədr qeyd etdi ki, bu gün neofaşist meyllərin güclənməsi haqlı narahatlıq yaradır. Axı, bizə elə gəlirdi ki, faşist ideologiyası ilə birdəfəlik qurtarılıb və bir daha bu hal təkrarlanmayacaq. Ancaq təəssüf ki, biz görürük ki, tarixin saxtalaşdırılması ilə yanaşı, faşizmin və onun təhrikçilərinin qəhrəmanlaşdırılması prosesi gedir. Məsələn, Ermənistan Respublikasında nasist Qaragin Njdeyə milli qəhrəman kimi abidənin ucaldılması faktı bizi narahat etməyə bilməz. Biz hesab edirik ki, faşizm bütün bəşəriyyət tərəfindən qınanıldığına görə belə hallara dözümlülük göstərmək olmaz.

Biz qəlbən inanırıq ki, bu müharibədə şərəfli döyüş yolu keçmiş əsgərlərin xatirələrdən silinməyən qəhrəmanlığı və şücaəti gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olacaq.

Sədr vurğuladı ki, bizim ölkəmizdə İkinci Dünya Müharibəsi veteranlarına diqqət və hərtərəfli qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müharibə veteranlarına qayğının göstərilməsi və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzalanmış çoxsaylı sərəncamlar buna parlaq misaldır.
Sədr qeyd etdi ki, bu günlərdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi" yubiley medalının təsis edilməsi ilə əlaqədar qanun qəbul olunmuşdur.

Sədr çıxışının sonunda tədbir iştirakçılarını yaxınlaşmaqda olan Böyük Qələbə Günü münasibəti ilə təbrik etdi, ölkələrinə sülh və əmin-amanlıq arzuladı!

Videokonfransda çıxış edən Belarus, Özbəkistan, Qırğızıstan, Moldova Respublikalarının parlament sədrləri və digər iştirakçılar Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü münasibətilə öz fikirlərini söylədilər.

Bununla da Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş videokonfrans başa çatdı.

Ötən il Azərbaycanın neft məhsulları ixracı artıb
Ötən il Azərbaycanın neft məhsulları ixracı artıb
TAP iki ildən bir bazar sınaqları keçirəcək - İcraçı direktor
TAP iki ildən bir bazar sınaqları keçirəcək - İcraçı direktor
Azərbaycanda qaz sayğaclarının uzaqdan oxunmasına start verilib (FOTO)
Azərbaycanda qaz sayğaclarının uzaqdan oxunmasına start verilib (FOTO)
Loading Bars
Xəbər lenti
Azərbaycanda sərt karantin rejimi yumşaldıldı
Bakıda ikimərtəbəli evdə yanğın olub
Trampın reytinqi antirekordu yeniləyib
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı
Türkiyədə son sutkada koronavirusdan 8 812 nəfər sağalıb
ABŞ-ın yeni vitse-prezidenti yanvarın 18-də əvvəlki vəzifəsini tərk edəcək
Şəhid ailələrinə və müharibə əlillərinə qayğı bundan sonra da artacaq - Deputat
Amsterdamda polis nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edir
Hirkan Milli Parkında yanğın davam edir
Avstriya sərt karantin müddətini 7 fevrala qədər uzadır
Qara dənizdə batan Rusiya gəmisinin heyətindən 6 nəfər Türkıyə tərəfindən xilas edilib, daha dörd nəfər həlak olub
Şuşa fatehlərindən olan şəhid çavuş
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Füzulidə (FOTO)
Azərbaycanda 845 nəfər COVID-19-dan sağalıb, 322 nəfər yoluxub, 11 nəfər vəfat edib
Əhməd İsmayılov Elçin Şıxlının "Pressinq" verilişinin qonağı olub (VİDEO)
Azərbaycan və Türkiyə ordularının birgə təlimi keçiriləcək (FOTO/VİDEO)
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir (FOTO)
Murov dağı istiqamətində Ömər aşırımında yenidən azan səsləndirilir (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
MN səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətləri ilə bağlı məlumat yayıb (VİDEO)
Türkiyədə zəlzələ baş verib
Ünvanlı sosial yardım necə təyin edilir? (VİDEO)
Sumqayıtda arvadını boğaraq qətlə yetirən şəxs saxlanıldı
Rusiyada koronavirusa yoluxanların sayı 3,56 milyonu keçib
Daha iki qazimizə sosial dəstək işləri başlanılıb (FOTO)
Azərbaycanda qarşıdakı dövrdə tədrisin təşkili qaydaları gələn həftə açıqlanacaq
Bütün türk xalqları azad edilmiş ərazilərin dirçəlməsini təmin edəcəklər - TÜRKSOY-un baş katibi
MN-də yaradılmış komissiyalarda “veteran adı”nın verilməsi səlahiyyəti yoxdur - Anar Eyvazov
Təxris olunanların müraciətinə baxılması üçün daha 2 komissiya yaradılacaq - MN
Azərbaycan qələbəsi bütün türk ölkələri üçün çox böyük bir qələbədir - TDƏŞ Baş katibi
MN-də yaradılan komissiyada Bakı şəhəri üzrə 1751 müraciətə baxılıb - Anar Eyvazov
Sabahın hava proqnozu açıqlanıb
Dələduzlar kart məlumatlarınızı oğurlaya bilərlər - XƏBƏRDARLIQ
Ermənistan Ağdamda tarixi, dini abidələr talan edib, buna biganə qala bilmərik - Türk Mədəniyyət və İrsi Fondunun prezidenti
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Ağdama səfər edib (FOTO)
Dünyada sutka ərzində koronavirusdan 13 minə yaxın insan ölüb
Marginallar bu tarixi imtahanda da xalqımızın yanında ola bilmədilər - Deputat
Naxçıvan koridorunun regionda yaratdığı perspekivlər - Postblokada dövründə yeni inkişaf mərhələsi
SOCAR istiqrazları sahiblərinə növbəti dəfə $1.25 milyon dollarlıq gəlir gətirəcək
Əfqanıstanda güclü zəlzələ baş verib
Henri Deqlan Qran-Pri turnirində güləşçilərimiz 5 medal qazanıblar
Qubada ikimərtəbəli ev yanıb
NASA mütəxəssisləri Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqlarını keçiriblər
İndoneziyada baş verən bir sıra zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatıb
2021-ci ilin martına qədər koronavirus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlər xəbərdarlıq edib
Avstriya sərt karantin müddətini 24 yanvardan 7 fevral tarixinə qədər uzadacaq
Argentinada koronavirusun "Britaniya" ştammına ilk yoluxma hali aşkar edilib
Danimarkada "Cənubi Afrika" ştammına ilk yoluxma faktı qeydə alınıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 688 mindən çox artıb
Türkiyədə son sutkada koronavirusdan 8 005 nəfər sağalıb
Suraxanıda tikili yanıb
Fransada etiraz aksiyasında 12 polis xəsarət alıb (ƏLAVƏ OLUNUB)
Filippin Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb
Azərbaycanın ictimai həyatında gənclərin iştirakı
Hirkan Milli Parkında baş verən yanğın lokallaşdırıldı
Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib
Britaniyada son sutkada koronavirusdan 1295 nəfər ölüb
Zabratda qamışlıq ərazidə baş verən yanğın söndürülüb
Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub
Dövlət Yol Polisi: Müvafiq icazəsi olmayan şəxslər keçid postlarından buraxılmayacaqlar
Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclər bizə Zəfər yaşatdı - Deputat
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Göyçay rayonunda ev yanıb
Şamaxı rayonunda yaşıllıqların sahəsi daha da genişləndirilir (FOTO)
Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi təmin edilib (VİDEO)
Ötən il Azərbaycanın neft məhsulları ixracı artıb
Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib (FOTO)
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO)
Ağdam rayonunun Şelli kəndi (FOTO/VİDEO)
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
“Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
BŞİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib (FOTO)
Kəlbəcər qəbiristanlığında 27 ildən sonra azan səslənib (VİDEO)
Çində 5 gün ərzində xəstəxana tikilib
Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb - STATİSTİKA
İranda 96 nəfər koronavirusdan ölüb
İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO)
Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, Azərbaycan həmişə bəşəri dəyərlərə qiymət verən humanist bir dövlətdir - Tamam Cəfərova
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
Bakının hansı rayonunda koronavirus daha çox yayılıb?
Prezidentin tarixi zəfəri: Bir zamanlar düşmənlərin “Yallı” getdiyi Cıdır düzünə artıq öz sahibləri qayıdıb
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr
Köçkünlərin azad edilən ərazilərimizə qayıdışı 3 mərhələdə ola bilər - İqtisadçı
Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib! (FOTO)
Gürcüstanda hakim partiyanın yeni sədri seçilib
Moskva hava limanlarında onlarla reys təxirə salınıb
Yol polisindən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edilib (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb (FOTO)
Biləsuvarda su kanalında qadın batıb
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq - Vüqar Rəhimzadə
Ermənilər Qarabağda Azərbaycan mədəniyyətinin izlərini silməyə çalışırdılar - Deputat
Bu yollarda karantin postları fəaliyyətini davam etdirəcək - DYP
Bu ərazilərdə karantin postları ləğv edilir - Baş DYP
Gəncədə yaşayış yerini tərk edən COVID-19 xəstələrinə cinayət işi açılıb
Füzuli rayonunun Mirzəcamallı kəndi (FOTO/VİDEO)
Bütün xəbərlər