...

Elman Nəsirov: Paşinyanın babasının faşistlərə xidmət etməsi Ermənistanda bu ideologiyanın təbliğinin motivlərindəndir

Siyasət Materials 11 May 2020 22:51 (UTC +04:00)
Elman Nəsirov: Paşinyanın babasının faşistlərə xidmət etməsi Ermənistanda bu ideologiyanın təbliğinin motivlərindəndir

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Paşinyanın babasının faşistlərə xidmət etməsi Ermənistanda bu ideologiyanın təbliğinin motivlərindəndir.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat xatırladıb ki, dünya dövlətləri və xalqlarının faşizm üzərində qələbənin 75 illiyini qeyd etdiyi bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyanın babası Nikolay Vartanoviç Paşinyanın faşistlərə xidmət göstərdiyi haqqında təkzibedilməz faktlar üzə çıxıb. Həmin faktlar sübut edir ki, Nikolay Vartanoviç Paşinyan faşistlərlə bir başa əlaqədə olub və onlara xidmət edib:

“Faşizm üzərində qələbənin 75 illiyi ilə üst-üstə düşən bu hadisə çoxsaylı suallar yaradır. Artıq məlum olur ki, Ermənistanın əvvəlki prezidenti Serj Sarkisyan faşistlərin əlaltısı olan Njde Qareginə 6 metr hündürlüyündə heykəl qoyub. Bugünkü baş nazirin babasının isə faşistlərə xidmət etməsi artıq faktlarla, sənədlərlə təsdiq olunub.

Bütün bu faktlar ortaya çıxdıqdan sonra bu gün Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasının, faşizm ideologiyasının təbliğinin və təşviqinin motivlərini anlamaq daha asandır”.

Xatırladaq ki, Ermənistan KİV-ləri tərəfindən aparılmış araşdırma nəticəsində məlum olub ki, bu ölkənin Baş naziri Nikol Paşinyanın babası Böyük Vətən müharibəsi zamanı SS sıralarında xidmət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti