...

Malta Prezidenti Corc Vella Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 15 May 2020 15:03 (UTC +04:00)
Malta Prezidenti Corc Vella Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Malta Respublikasının Prezidenti Corc Vella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza Malta Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan yaxşı münasibətlər xalqlarımızın qarşılıqlı mənafeyi naminə bundan sonra daha da möhkəmlənməkdə davam edəcəkdir. İnanıram ki, qarşılıqlı maraq kəsb edən sahələrdə, o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi üçün ölkələrimiz qarşısında aşkarlanması zəruri olan çoxsaylı imkanlar mövcuddur.

Bundan əlavə, COVID-19 pandemiyasının yayılması ilə bağlı yaranmış mövcud şəraitdə beynəlxalq ictimaiyyətin həmrəylik nümayiş etdirməsi və bütün ölkələrin bəşəriyyət qarşısında presedenti olmayan bu çətinliyin öhdəsindən gəlmələri üçün güclərini birləşdirmələri mütləqdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, ölkənizə sülh, tərəqqi və firavanlıq arzu edirəm.

Zatı-aliləri, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti