...

Pərvin Kərimzadə: DOST mərkəzləri vətəndaşların inam və rəğbətini qazanır

Siyasət Materials 21 May 2020 09:40 (UTC +04:00)
Pərvin Kərimzadə: DOST mərkəzləri vətəndaşların inam və rəğbətini qazanır

Bakı. Trend:

Ölkəmizin hüdudlarından kənardaAzərbaycan brendi kimi tanınan və öyrənilən “ASAN xidmət”dən sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan “DOST” adlanan daha bir innovativ xidmət növü vətəndaşların əsl dost ünvanına çevrilib. Keyfiyyətli və şəffaflıq prinsipləri əsasında vətəndaşlara xidmətlər təqdim edən, onların inamını və rəğbətini qazanan DOST mərkəzləri qısa müddət ərzində Azərbaycanın yeni brendi olmağı bacardı.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyevin sistemli şəkildə həyata keçirdiyi sosial siyasətin, Azərbaycan vətəndaşının firavan yaşayışını və vətəndaş məmnunluğunun təmin edilməsinin davamı olan 3 saylı DOST mərkəzinin istifadəyə verilməsi əhaliyə, xüsusilə sosial cəhətdən həssas qruplara dövlət sosial xidmətlərinin "bir pəncərə”dən operativ və şəffaf çatdırılmasına töhfə oldu:

"Ölkə Prezidenti yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürü olan DOST mərkəzlərinin fəaliyyətinə yüksək qiymət verib: “Artıq üçüncü mərkəz açılır və ilk açılan iki mərkəzin fəaliyyəti də çox uğurludur. Vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıbdır. Burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır”.
Vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edilən 3 saylı DOST mərkəzinin paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinin ixtiyarına verilməsi dövlət orqanının xidmətlərindən istifadəni daha əlçatan etməklə yanaşı vətəndaş məmur münasibətlərində birbaşa təması minimuma endirəcək.

Eyni zamanda, 2019-2025-ci illərdə 31 DOST mərkəzinin, onlardan 5-nin Bakıda, 26-nın isə regionlarda istifadəyə verilməsinin, ümumilikdə DOST mərkəzlərində “bir pəncərə” prinsipi ilə 2,8 milyon insana xidmətinin planlaşdırılması DOST layihəsinin şəffaflığın artırılmasında, vətəndaş məmnunluğunun təmin edilməsində özünü doğrultduğunun, digər orqanların fəaliyyəti ilə müqayisədə üstün mövqe tutduğunun təsdiqidir.

Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü “bizim siyasətimizin əsasında Azərbaycan vətəndaşının rifahı dayanır” prinsipini əsasında fəaliyyət göstərən, minlərlə vətəndaşın əsl dost ünvanına çevrilməyi bacaran DOST mərkəzləri sosial xidmət funksiyaları ilə qısa müddət ərzində qazandığı nüfuzu daha da artacaq, Azərbaycan brendi kimi dünyada tətbiq olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti