...

Baş Prokurorluğun Kadrlar İdarəsinə yeni rəis təyin edilib

Siyasət Materials 21 May 2020 17:48 (UTC +04:00)
Baş Prokurorluğun Kadrlar İdarəsinə yeni rəis təyin edilib

Bakı. Trend:

Baş Prokurorluğun Kadrlar İdarəsinə yeni rəis təyin edilib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Natiq Hüseynov Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsindən azad edilərək ona Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsinin icrası tapşırılıb.

Natiq Hüseynov 2007-ci ildən prokurorluq orqanlarında işləyir. 1998-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində məsul vəzifələrdə, 2008-ci ildən Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti