...

Rusiya və Türkiyədə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunacaq

Siyasət Materials 29 May 2020 19:32 (UTC +04:00)
Rusiya və Türkiyədə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunacaq

Bakı. Samir Əli - Trend:

Rusiya və Türkiyədə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunacaq.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər gedir: "Rusiyada qalan vətəndaşların Azərbaycana gətirilməsi ilə bağlı hər iki ölkə tərəfindən işlər aparılır. Vətəndaşların Türkiyə və Rusiyadan Azərbaycana gətirilməsi texniki imkanlarla bağlıdır. Karantin zonalarında yerlər boşaldıqca, xaricdən vətəndaşlar gətirilərək karantinə yerləşdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti