...

Minskdə Qələbənin 75 illiyinə həsr olunmuş “Bizim Ümumi Qələbəmiz” adlı tədbir keçirilib (FOTO)

Siyasət Materials 18 İyun 2020 11:18 (UTC +04:00)
Minskdə Qələbənin 75 illiyinə həsr olunmuş “Bizim Ümumi Qələbəmiz” adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin təşkilatçılığı ilə Böyük Vətən müharibəsi Tarixi Muzeyində Qələbənin 75 illiyinə həsr olunmuş “Bizim Ümumi Qələbəmiz” adlı tədbir keçirilib.

Azərbaycanın Belarusdakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Belarus Xarici İşlər nazirinin müavini Andrey Dapkyunas, Mədəniyyət nazirinin birinci müavini Natalya Korçevskaya, MDB İcraiyyə Komitəsinin sədrinin müavini Viktor Quminski və Belarusda akkreditə olunmuş MDB ölkələrinin səfirləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə MDB dövlətlərinin Böyük Vətən müharibəsində döyüşmüş qəhrəmanların şəkillərindən ibarət stendlər təşkil olunub. Sərgidə Azərbaycan tərəfindən isə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları Yusif Sadıxov, Məlik Məhərrəmov, Mikayıl Ələkbərov, Nəcəfqulu Rəfiyev, Museyib Allahverdiyev, Mehdi Hüseynzadə, Əvəz Verdiyev, Cəmil Əhmədov, Brest qalasının müdafiəsində iştirak etmiş Daniyal Abdullayev və Ənvər Mansurov kimi qəhrəmanlarımızın şəkilləri nümayiş etdirilib.

Tədbirdə çıxış edən Andrey Dapkyunas, Natalya Korçevskaya, Viktor Quminski bu tədbirlərin təşkilinin İkinci Dünya müharibəsi qəhrəmanlarının gənc nəslə tanıdılmasının əhəmiyyətindən danışıblar.

Sonda çıxış edən səfir Lətif Qəndilov Böyük Qələbənin əldə olunmasında Azərbaycan neftinin həlledici rolu barədə ətraflı məlumat verib. Səfir Böyük Vətən müharibəsi barədə həqiqətlərin gələcək nəslə ötürülməsinin vacib olduğunu bildirib. Azərbaycan oğul və qızlarının alman faşizmi üzərində Qələbənin tarixinə şərəfli səhifələr yazdıqlarını qeyd edib. Səfir Azərbaycan xalqının Böyük Vətən müharibəsi dövrünə daim diqqətlə yanaşdığını söyləyib və Azərbaycan-Belarus parlamentlərarası dostluq qrupunun rəhbəri akademik Ziyad Səmədzadənin Qələbənin 70 illiyinə həsr olunmuş “Bakı nefti, qələbənin açarı” adlı kitabını tarix muzeyinin rəhbəri Vladimir Vropayevə təqdim edib və Belarus Dövlət Universitetinin tələbələrinin iştirakı ilə kitabın əsasında dəyirmi masanın keçirilməsini təklif edib. L.Qəndilov akademik Z.Səmədzadənin Qələbənin 75 illiyinə həsr olunmuş yeni kitabının təqdimatının da koronavirus təhlükəsinin aradan qalxmasından və hava sərhədlərinin açılmasından sonra Minsk şəhərində keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti