...

Elçin Əhmədov: Ermənistanda baş verən hadisələrə insan hüquqlarından və demokratiyadan dərs keçənlər göz yumur

Siyasət Materials 18 İyun 2020 15:26 (UTC +04:00)
Elçin Əhmədov: Ermənistanda baş verən hadisələrə insan hüquqlarından və  demokratiyadan dərs keçənlər göz yumur

Bakı. Elçin Mehdiyev – Trend:

Son illərdə beynəlxalq təşkilatların işğalçı Ermənistanda baş verən hadisələrin, xüsusilə, insanlara qarşı güc tətbiq edilməsi, qan tökülməsi, məhkəmə qərarı olmadan insanların həbs edilməsi, İctimai TV-nin zəbt edilməsi, sabitsizlik, xaos və s. məsələlərin üzərindən heç nə olmamış kimi keçməsi acı təəssüf doğurur.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

E.Əhmədov bildirib ki, Ermənistanda indiki hakimiyyətə alternativ olmaq istəyən siyasi təşkilatlar daim təzyiq altındadır, siyasi fəallar həbs olunur, hakimiyyətin mövqeyini tənqid edən media, QHT-lər qapadılır, fəal jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri həbs olunur:

“Bununla yanaşı, 2020-ci ilin 16 iyun tarixində “Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı Parlament tərəfindən ləğv edilməsi və s. son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, xüsusilə “Trensparency İnternational”, “Amnesty International”, “Human Rights Watch”, “Free Press”, “Mercy Corps”, “Beynəlxalq Böhran Qrupu”, “Sərhədsiz Repartyorlar”, OCCRP və digər bu kimi qurumlar və bir sıra Qərb təşkilatlarının səssizliyi acı təəssüf doğurur.

Bu baxımdan, beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan bəzi antiAzərbaycan dairələr və təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham bildirməyiblər”.

E.Əhmədov Qərbin ikili standartlarının ən bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə reaksiyalarıdır:

“2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. Qeyd etmək lazımdır ki, Ermənistan terror, diktatura, irqi, milli, dini və siyasi azadlıqların təqib olunması prinsipləri ilə idarə edilir. Ona görə də hakimiyyətdə kimin, yəni, Sarkisyanın, Köçəryanın, yaxud da “demokrat” olduğunu bəyan etsə də, əksinə, yeni diktatura rejimi yaradan Paşinyanın olması işğalçı ölkənin idarəetmə mahiyyətini dəyişmir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti