...

“Beynəlxalq Ordu Oyunları - 2020”nin planlaşdırılması üzrə videokonfrans keçirilib (FOTO)

Siyasət Materials 18 İyun 2020 18:02 (UTC +04:00)

Bakı. Trend:

İyunun 18-də Müdafiə Nazirliyinin nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları - 2020” yarışlarının 3-cü planlaşdırma konfransında iştirak edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, yarışlarda iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin videoəlaqə vasitəsilə keçirilən onlayn konfransda beynəlxalq oyunların yarışların şərtləri və qaydaları və hazırlıq məsələləri müzakirə olunub.

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışlarının bu il avqustun 23-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti