...

Azərbaycan hərbçiləri Moskvadakı paradda iştirak edib (FOTO/VİDEO)

Siyasət Materials 24 İyun 2020 11:39 (UTC +04:00)
Azərbaycan hərbçiləri Moskvadakı paradda iştirak edib (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan hərbçiləri Rusiyanın paytaxtı Moskvada Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi paradda iştirak edib.

Trend-in məlumatına görə, Bakıda yekunlaşan hazırlıq məşqlərini hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə Moskvada davam etdirib. Bu gün isə parad zamanı Azərbaycan ordusunun 75 hərbçisindən ibarət dəstənin hərbi marşla tribunaların önündən keçidi başa çatıb.

Qeyd edək ki, Moskvada İkinci dünya müharibəsində qələbənin 75-ci ildönümü ilə əlaqədar hərbi parad keçirilib.

Bu ilki paradda 15 min hərbçi, 234 ədəd hərbi texnika, 80 təyyarə və helikopter iştirak edib.

Parada Azərbaycan, Ermənistan, Belarus, Özbəkistan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Moldova, Monqolustan, Serbiya, Tacikistan və Türkmənistan hərbçiləri də qatılıb.

Qeyd edək ki, hərbi parad ənənəvi olaraq 9 may Qələbə günündə keçirilsə də, bu il koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti